Xəzər üzərində uçuşlar reallaşdırılır – Rusiya

0
44

Rusiyaya məxsus iki strateji bombardmançı Tu-160 təyyarəsi Şimal Buzlu okeanı, Barents və Ağ dənizin neytral suları üzərində uçuş həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuş müddətinin 14 saatdan çox çəkdiyi bildirilib.

Qeyd olunub ki, uzaqmənzilli aviasiya pilotları mütəmadi olaraq Arktika, Şimali Atlantika, Sakit okean, Qara və Xəzər dənizlərinin neytral suları üzərində uçuşlar reallaşdırır.