Vətən müharibəsinin iştirakçısı: “30 nəfərlə düşmənin 200 nəfərlik canlı qüvvəsini məhv etdik”

0
364

Mustafayev Fəqan Füzuli oğlu Kürdəmirdə doğulub, boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb və 2016-cı ildə xidmətini bitirərək tərxis olub.

Sentyabrın 27-si başlayan müharibə zamanı vətənin dar günündə onun müdafiəsinə qalxan neçə-neçə igid oğullarımız könüllü olaraq ön cəbhəyə yollandı. Fəqan da belə igidlərdən biridir.

F.Mustafayev ilk olaraq Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Daha sonra Laçın koridorunda ermənilərin hərəkət xəttinin məhv edilməsində iştirak edib. Həmin döyüşləri qürurla xatırlayan Fəqan deyir ki, 30 nəfərlik heyətlə düşmənin 200 nəfərlik canlı qüvvəsini və bir sıra texnikasını məhv etdik.

F.Mustafayev Ali Baş Komandan tərəfindən Şuşa, Füzuli, Xocavəndin azad edilməsi uğrunda və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qeyd edək ki, Mustafayevlər ailəsi şəhid ailəsidir – Fəqanın əmisi də Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə yollanıb və böyük şücaətlər göstərərək qəhrəmanlıqla şəhid olub.