Ukrayna Səhiyyə Nazirliyi Azərbaycanı “qırmızı zona”dan çıxardı – FOTO

0
78

Ukrayna koronavirusun daha çox yayıldığı ölkələrin siyahısını yayıb.

Ölkənin Səhiyyə Nazirliynin saytında yer alan məlumata görə, “qırmızı zona”dakı ölkələrin sayı 12 dəfə azalaraq 66 olub.

Siyahıda 90-cı yerdə olan Azərbaycan da artıq “qırmızı zona”da deyil.

Qeyd edək ki, Ukraynada 1 146 963 nəfərdə koronavirus müəyyən edilib, 20 542 nəfər virusdan ölüb.

“Qırmızı zona”ya daxil edilən ölkələrdən Ukraynaya gələn hər kəs 14 günlük karantinə getməli və ya koronavirus üçün testindən keçməlidir.