Uelsdə dördyaşlı qız 200 milyon il yaşı olan dinozavrın izini tapdı

0
259

Uelsdə dördyaşlı qız Lili Uaylder təsadüfən dinozavrın izini tapıb.

Məlumata görə, hadisə qız çimərlikdə atası ilə gəzən vaxt baş verib. O, gözlənilmədən dinozavr izi ilə qarşılaşıb.

“Lili bunu gördü və dedi: “Ata, bax”, – bu barədə danışan qızın anası qısaca deyib.

Tədqiqatçıların araşdırmasına görə, bu, 220 milyon ildən çox yaşı olan dinozavrın ayaq izidir.