Türkiyədə genişmiqyaslı əməliyyat başladı

0
139

Türkiyədə 1040 şəxsi heyətin iştirakı ilə “Ərən-3 Ağrı Dağı” əməliyyatı start götürüb.Əməliyyatla bağlı Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 11 yanvarda birinci mərhələsi başlayan əməliyyatın məqsədi ölkədə PKK/KCK terror təşkilatını tamamilə bitirməkdir.

Əməliyyatda jandarma qüvvələri, polis və təhlükəsizlik qüvvələrindən ibarət 59 əməliyyat qrupu iştirak edir.