“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və…”

0
86

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan da gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə hazırlaşmağın gərəkli olduğunu bəyan etmişdi.

Politloq Azər Qasımov bildirib ki, Türkiyə Rusiyanın “sülhməramlı” adı altında hansı siyasəti həyata keçirdiyini, gizli planlarının olduğunu yaxşı anlayır. 

Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də sülhməramlı missiya adı altında Qarabağda Azərbaycanın suverenliyini şübhə altına alan fəaliyyətlərlə məşğuldur: 

“Sülhməramlıların statusu vacib məsələdir. Bu boşluqdan istifadə edən Moskva özbaşınalıqlar edir. Bu məsələnin Türkiyə tərəfindən gündəmə gətirilməsi bizim üçün çox vacibdir. Zamanla elə bir siyasi vəziyyət yaranacaq ki, Rusiya Türkiyənin regiondan çıxması üçün özü də burdan çıxmağa razı olacaq. Türkiyə bunun üçün nə lazımdırsa edəcək. Ərdoğanın Putinə “sülhməramlıların lazım olmayacağı dövrün gələcəyini” eşitdirməsi buna sübutdur. Türkiyə prosesləri Rusiya ilə bərabər səviyyədə masaya çıxarır. Ankara heç vaxt Rusiya “böyük dövlətdir”, “onunla hesablaşmaq lazımdır” kontekstindən çıxış etmir. Doğru hesab etdiyi yoldan geri çəkilmir. Təbii ki, bu, kor-koranə istəyinə nail olmaq, “heç kimlə hesablaşmamaq” anlamına gəlmir. Siyasətdə harada durmağı bilən tərəf qazanır. Türkiyənin “dərin dövlət” ağlı, strateji planlama və oyun qurmaq qabiliyyətinə arxayın olmalıyıq. Əminliklə deyə bilərəm ki, Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir. Yetər ki, biz rus xofundan azad olaq. Türkiyə regiona yerləşdikcə bizim maraqlarımızı daha uğurla qoruyacaq. Bundan xəbərimiz olmaya bilər, əsas odur ki, bizim Türkiyəyə inamımız tam olsun”.