Türk gəmisi qaçırıldı: azərbaycanlı öldürüldü – Video + yenilənib

0
33

Qvineya körfəzində Türkiyəyə məxsus gəminin dəniz quldurları tərəfindən qaçırıldığı iddia edilib.

Məlumata görə, qaçırılan gəmidə 19 ekipaj üzvü olub.

Hadisə ilə bağlı Türkiyə rəsmilərinin danışıqlara başladığı bildirilir.

***

“Boden” türk şirkətinə məxsus “M/V Mozart” adlı gəmi nigeriyalı dəniz quldurları tərəfindən qaçırılıb.

Gəmi Nigeriyanın Laqos şəhərindən CAR-ın Keyptaun şəhərinə getmək üçün yola düşüb. Dəniz quldurlarının hücumu nəticəsində 15 nəfər girov götürülüb, 3 nəfər isə gəmini idarə etmək üçün saxlanılıb.

Gəminin 4-cü kapitanı Furkan Yarən quldurların ona verdiyi radar istiqamətində hərəkət etdiyini bildirib.

O qeyd edib ki, gəminin 2-ci mühəndisi Fərman İsmayılov öldürülüb.

***

“M/V Mozart” gəmisində olan 19 ekipaj üzvünün adları açıqlanıb:

Kapitan – Mustafa Qaya

2-ci kapitan – Məlih Çətin

3-cü kaptan – Doğancan Cəngil

4-cü kaptan – Furkan Yarən

Baş mühəndis – Süha Tatlıgül

2-ci mühəndis – Fərman İsmayılov

3-cü mühəndis – Yasin Alpər Şəkər

Elektroteknik zabit – Gökhan Buran

Rəis – Vedat Aksan

Dənizçi – Erdi Ərman

Dənizçi – Xəlil Gülçür

Dənizçi – Ünsal Dilsiz

Dənizçi – Adil Alkan

Dənizçi – İlyas Baş

Fiter – Məsud Maral

Ekipaj üzvü – Bahadur Yaşılalan

Ekipaj üzvü – Gökhan Lalə

Aşpaz – Mustafa Benklioğlu

Təcrübəçi – Həmzə Orxan.