Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı AÇIQLAMA

0
92

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə Şirvan Şəhər Təcili Yardım Stansiyasının həkimlərinin əməkhaqlarını ala bilmədikləri ilə bağlı etiraz aksiyası keçirmələrinə münasibət bildirib.

Qurumdan verilən məlumata görə, bununla bağlı müraciət araşdırılacaq və qanunamüvafiq tədbir görüləcək.

Qeyd edək ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) koronavirusla mübarizədə iştirak edən 87 nəfər tibb və texniki personalı oktyabr ayından bu günə kimi artımla olan əməkhaqlarını ala bilmədiklərini iddia ediblər.