Rusiyalı hərbçi Ermənistanda öldü

0
32

Ermənistanın Gümrü şəhərində ağır qzəa baş verib. 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakovun idarə etdiyi “Opel” markalı avtomobillə 83 yaşlı Gümrü sakini Seryoja Hakopyana məxsus “KamAZ” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində “Opel” markalı avtomobildə yanğın baş verib. Xilasedicilər sürücünün yanmış cəsədini avtomobildə tapıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Məlumata görə, Xomyakov Gümrüdəki Rusiya hərbi bazasında xidmət edirmiş…