Rusiyada Yeni il gecəsi 581 nəfər milyonçu olub

0
134

Rusiyada keçirilən yeni il lotereyasından sonra ölkədə 581 yeni milyonçu peyda olub.

Lotereyanın 1369-cu tirajında iki milyard rubldan artıq uduş oynanılıb.

Bunlardan bir milyardı böyük məbləğdə uduşların payına düşüb. Milyon rubl məbləğində min uduş öz sahibini tapıb ki, onlardan 581 nəfəri milyonçu adına sahib çıxıb.

Digər 419 uduş 593 nəfər arasında bölünüb. Onların hər biri 706 577 rubl qazanıb.