Rəmişin həyat yoldaşı BƏRK ƏSƏBİLƏŞDİ: O, nə ağır xəstədir, nə də…

0
208

Rafiq Hüseynovun səhhəti ilə bağlı yayılan məlumatlar yalandır.

Bunu açıqlamasında Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, Rəmiş nə koronavirusa yoluxub, nə də səhhətində başqa bir problem var:

“Rəmiş sağlamdır. Reytinq qazanmaqdan ötrü Rəmişin adından istifadə edirlər. Sənətkarın adından ağıllarına gələni yazırlar. Dünəndən çox əsəbiyəm. O özü də əsəbiləşir, yaşlı adamdır, 77 yaşı var. Yalan yazanların hamısını məhkəməyə verəcəyəm”.

Qeyd edək ki, daha əvvəl Rəmişin ağır xəstə olması, ötən gün isə koronavirusa yoluxması haqda xəbərlər yayılıb.