Qarabağda daha bir erməni hərbçisinin cəsədi tapıldı

0
52

Qarabağda həyata keçirilən axtarış tədbirləri nəticəsində daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olunub.

Məlumatda cəsədin qalıqlarının yanvarın 30-da aşkar olunduğu bildirilib. Bu gün isə axtarış tədbirləri həyata keçirilməyib.

Beləliklə, bugünədək Azərbaycan ərazisində cəsədləri tapılan, ikinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni hərbçilərinin ümumi sayı 1345 nəfərə çatıb.