Pulu hansı valyutaya çevirməli? – Ekspertlərdən 2021-ci il MƏSLƏHƏTİ

0
81

Ekspertlər 2021-ci ildə hansı valyutalarla qazanc əldə edə biləcəyinizi açıqlayıblar.
Rusiyanın tanınmış ekspertlərinin fikrincə, bu il daha sərfəli investisiyalar üçün avro və yuana diqqət yetirilməlidir, dollarla İngiltərə funt sterlinqi isə əhəmiyyətli gəlir gətirməyəcək.
“ABŞ Federal Ehtiyat Sisteminin “ucuz dollar” siyasətini həyata keçirəcəyini gözləyirik. Avroya qoyulan investisiyaların dollarla müqayisədə daha çox gəlir gətirə biləcəyini düşünürük. Dollara və avroya nisbətdə bahalaşmağa davam edə bilən Çin yuanı da diqqətdən kənarda qalmamalıdır”, -deyə Milli Reytinq Agentliyinin (NRA) icraçı direktoru Sergey Qrişunin bildirib.
Ekspertin fikrincə, 2021-ci ildə səhmdarlar inkişaf etməkdə olan ölkələrin türk lirəsi kimi zəif valyutalarından çəkinməlidirlər. Eyni zamanda, sabit İsveçrə frankını da unutmaq olmaz, amma mübadilə zamanı valyuta məzənnələri arasındakı böyük fərqlər səbəbindən onu mənfəəftlə alıb satmaq çətin olacaq, bu da onun investisiya cəlbediciliyini azaldacaq.
Öz növbəsində, “Otkrıtıy broker” in investisiya strateqi Konstantin Buşuyev, bu il “əmtəə” valyutalarına – Avstraliya və Kanada dollarlarına, eləcə də inkişaf etməkdə olan ölkələrin valyutalarına – Braziliya realı və Meksika pesosuna diqqət yetirməyin faydalı olacağına inanır.
“Bu ölkələrin valyutalarındakı müsbət dəyişiklik, səhm və istiqrazların qazandırdığı əsas  gəlirə əlavə bonus gətirə bilər. ABŞ dolları və İngiltərə funt sterlinqinin səhmdarların favoritləri arasında olma ehtimalı azdır”,- deyə o, bildirib.
Eyni zamanda, analitik xatırladıb ki,  valyutalar özlüyündə gəlirli alət hesab edilmir, çünki dividend, yaxud gəlir gətirmir və uzunmüddətli sabit diapazonlarda oynaya bilər. “Mənfəətli maliyyə alətlərinin digər ölkələrin valyutalarında – səhm və istiqrazlarında satın alınması yüksək gəlir verə bilər”,- deyə ekspert bildirib.