Planetin ən yaşlı sakini 118 yaşını qeyd edir – FOTO/VİDEO

0
109

Planetin ən yaşlı insanı sayılan yaponiyalı qadın Kane Tanaka 118 yaşını qeyd edib.

Bu barədə NHK xəbər verib.

Məlumata görə, Tanaka 1903-cü ilin yanvarın 2-də  anadan olub. O, 2018-ci ildən bəri dünyanın ən yaşlı sakini sayılır.

2021-ci ilin mayında Yer kürəsinin ən yaşlı sakininə Tokio Oyunlarının Olimpiya məşəli estafetində iştirak etmək təklif olunub.

Mayın 11-də Tanakanın əlində məşəllə əlil arabasında 200 metr məsafəni qət etməsi planlaşdırılır.