Pəhriz bu şəxsləri öldürə bilər

0
119

Koronavirusa yoluxduqdan və sağaldıqdan sonra pəhriz saxlamaq ölümcül nəticə verə bilər. Bu barədə rusiyalı dietoloq Aleksey Kovalkov yutub kanalında danışıb.

Həkim bu şəxslərdə ola biləcək dəyişikliklərdən söz açıb.

“Daxili orqanlardakı zədələr səbəbi ilə diqqətli olmaq lazımdır. Sadə pəhrizlər onlara uyğun gəlmir, oruc və keto pəhriz də qətiyyən uyğun deyil, çünki dəhşətli fəsadlar ola bilər”, – mütəxəssis deyib.

Onun sözlərinə görə, insanlar COVID-19-dan sonra arıqladıqda böyrəklərdə və qaraciyərdə mikrotromlar riski olduğundan bədənin hər hansı dəyişikliyini izləmək lazımdır. Həkim kilo verərkən bu orqanlarda böyük yük yarandığını bildirib.