Onilliyin ən yaxşı futbol məşqçisi seçildi

0
92

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası son on ilin ən yaxşı məşqçisini açıqlayıb.

Reytinqdə birinci pilləni Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone tutub. İkinci pillədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. İlk üçlüyü “Liverpul”un alman baş məşqçisi Yurgen Klopp tamamlayıb. Beşliyə həmçinin “Tottenhem”in məşqçisi Joze Mourinyu və “Yuventus”un keçmiş məşqçisi Massimiliano Alleqri də daxil olub.

Onluğa daxil olan məşqçiləri təqdim edirik:

1. Dieqo Simeone

2. Xosep Qvardiola

3. Yurgen Klopp

4. Joze Mourinyu

5. Massimiliano Alleqri

6. Unai Emeri

7. Zinəddin Zidan

8. Karlo Ançelotti

9. Maurisio Poçettino

10. Marselo Qalyardo