Nikolun yeni təyinatı gülüş hədəfi oldu

0
412

İcevandan olan stomotoloq Qagik İsaxanyanın Ermənistan Baş naziri Nikol Paşinyanın köməkçisi təyin edildiyi üzə çıxıb.

31 yaşı olan stomotoloqun təyinatı 18 yanvarda baş versə də, erməni mediası bundan yeni xəbər tutub.

Bu təyinat sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. İstifadəçilər bir nəfər də proktoloqa ehtiyac olduğunu, bununla da komandanın “mükəməlləşəcəyini” bildirərək, ələ salıblar.