Nazpəri və Eldarın birgə işi – Video

0
82

Xalq artisti Nazpəri Dostəliyeva və “Eurovision 2011” qalibi Eldar Qasımov bir araya gələrək duet oxuyublar.

Onlar birlikdə “Bizi Tanrı qorusun” adlı mahnını səsləndiriblər. Bəstənin musiqisi Kaki Bolkvadze, sözləri Nurlana Cəfərovaya məxsusdur.

Nazpəri və Eldar mahnı üçün klip də çəkdiriblər. Ekran işinin rejissor işi Məhəmməd Osman həvalə edib. Sənətçilərin stili üzərində Babək Qədirov çalışıb.

Yeni işindən danışan Eldar bildirib ki, N.Dostəliyeva ilə duet oxumaq təklifi ondan gəlib.