Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA

0
35

“Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmaqla dərslər həftədə üç dəfə əyani formada olacaq”.

Bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bu cür qərarın qəbul edilmə səbəbi sözügedən ərazilərin risk qrupuna aid olmasıdır:

“Hər şey qaydasında gedərsə, hər şagird tək-tək partalarda oturmaqla dərslərin keçirilməsi həftədə beş dəfə olacaq”.