“Milan” yenə “Atalanta”ya böyük hesabla uduzdu – VİDEO

0
28

İtaliya A Seriyasının 19-cu turunda “Milan” evində “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

Bununla da “Milan” 22 dekabr 2019-cu ildən bu yana ən böyük hesablı məğlubiyyətə uğrayıb. Komanda elə həmin vaxt da “Atalanta”ya 0:5 hesabı ilə məğlub olmuşdu.

Bu mövsüm “Milan” həmçinin Avropa Liqasında “Lil” komandasına 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Milan” yanvarın 26-da İtaliya kubokunda “İnter”lə qarşılaşacaq.