Mənzil bazarında vəziyyət: Qiymətlər necə dəyişib? – FOTO

0
56

2020-ci ildə Azərbaycanın mənzil bazarının qiymət indeksləri açıqlanıb.

2020-ci ildə mənzil bazarında qiymət indeksi 2019-cu illə müqayisədə 99,9 faiz təşkil edib.

O cümlədən, ilkin mənzil bazarında qiymət indeksi 99,5 faiz, təkrar mənzil bazarı üzrə qiymət indeksi isə 99,9 faiz təşkil edib.

Yəni, 2020-ci ildə mənzil qiymətindəki orta dəyişikliyini əks etdirən göstəriciyə görə, ilkin bazarda mənzillərin qiyməti 0,1 faiz, təkrar bazarda isə 0,5 faiz aşağı düşüb.

2020-ci ilin son üç ayı ərzində (IV rüb) müvafiq göstəriciyə əsasən, ilkin mənzil bazarında qiymətlər əvvəlki üç ay (III rüb) ilə müqayisədə 0,1 faiz artıb, təkrar mənzil bazarında qiymətlər isə sabit qalıb.

Ötən ilin son üç ayı (IV rüb) əvvəlki ilin son üç ayı (IV) ilə müqayisədə isə ilkin mənzil bazarında qiymətlər sabit qalıb, təkrar mənzil bazarında isə qiymətlər 0,2 faiz azalıb.

Əlavə edək ki, 2020-ci ildə tikinti sektoruna 3 milyard 226,2 milyon manat sərmayə qoyulub ki, bunun 1 milyard 367,3 milyon manatı mənzil tikintisinə cəlb olunub.