Kriştianu Ronaldu qol sayına görə Peleni keçdi

0
82

“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu qol sayına görə əfsanəvi futbolçu Peleni ötüb.

Portuqaliyalı “Udineze” (3:1)ilə matçda 757 və 758-ci qolunu vurub.

Kriştianu Lissabonun “Sportinq”, “Mançester Yunayted”, “Real Madird” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1 032 matç keçirib.

Pele 812 rəsmi matçda 757 qol vurub.

Qolların sayına görə rekord göstərici çexiyalı forvard Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilə qədər 759 qol vurub.