İsrail ordusu cavab zərbəsi endirdi

0
44

İsrail Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın obyektlərinə cavab zərbəsi endirib.

Bu barədə İsrail ordusunun Tvitter hesabında bildirilib.

Məlumata görə, bu gecə Qəzzanın şimal hissəsindən Aşdod şəhərinin yaxınlığında sahil istiqamətinə iki raket atılıb.

“Buna cavab olaraq İsrail qırıcıları Qəzzada HƏMAS-a məxsus hərbi obyektlərə zərbələr endiriblər”, – məlumatda qeyd olunub.