İranlı generaldan ABŞ-a təhdid: “Süleymaninin qisası alınacaq”

0
82

İranın “Qüds” briqadasının Qasım Süleymanidən sonra təyin olunan rəhbəri İsmayıl Kaani mərhum generalın intiqamının alınacağını bildirib.

“Evinizin içində belə (ABŞ-da) bu işlədiyiniz cinayətin qarşılığını verəcək şəxslərin olması mümkündür. Şəhid Süleymani bu alçaqca cinayəti törədən dünyanın ən qəddar və məkrli insanı tərəfindən sui-qəsdə məruz qalıb”, – deyə general bildirib.