İranda azərbaycanlı siyasi fəallar aclıq aksiyasına başladı

0
120

İran tərəfindən həbs olunan cənubi azərbaycanlı siyasi fəallar həbsxanada aclıq aksiyasına başlayıb.

Bu barədə İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) bildirib.

Qeyd olunub ki, 13 yanvarda Ərdəbil həbsxanasında Yusif Kari tərəfindən başlanan aksiyaya Tehran və Ərdəbildəki məhkumlardan dəstək gəlib.

Aksiyaya səbəb həbsxana işçilərinin məhkumlarla kobud davranışı və səlahiyyətli şəxslərin məhbusların haqlarına laqeyd yanaşmasıdır.