İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatıb

0
36

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə yerli “Tempo” nəşri Milli Fəlakətləri İdarəetmə Qurumuna (BNPB) istinadən bildirib.

Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi.

Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.