II İeronimosdan həyasızlıq: Türkiyədən kəskin cavab

0
121

Yunanıstanın baş yepiskopu II İeronimosun açıqlaması Şərqi Trakiyada yaşayan müsəlman türklərin hüquqlarını qəsb etmək məqsədi daşıyır.

Bu barədə Türkiyənin Yenidən Rifah Partiyasının yaydığı bəyanatda bildirilib.

“Diyanət Vəqfinin rəhbəri və xarici işlər nazirinin bunu qınamaqla yanaşı, beynəlxalq platformalarda nəticə yönümlü bir təşəbbüs göstərəcəyini gözləyirik”, – Yenidən Rifah Partiyası bəyan edib.

Qeyd edək ki, yunan baş yepiskop həyasızcasına İslamın din deyil, siyasi partiya olduğunu və müsəlmanların müharibə arxasınca qaçdığını bildirib.