Həsrət Paşayev də fəxri fərmana layiq görüldü

0
206

İctimai Nəzarət Koalisiyasının Nəqliyyat Departamentinin sədr müavini Həsrət Məhəmməd oğlu Paşayev Vətən Müharibəsində döyüş və ictimai-siyasi hazırlıqda iştirak edərək, nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə Hərbi hissənin Fəxri Fərmanına layiq görülmüşdür.
O, sentyabrın 30-dan müharibənin sonuna qədər döyüşçü-atıcı kimi düşmənlərlə mübarizə apararaq, Xocavənd və Füzulinin alınmasında ön cəbhədə döyüşmüşdür.
Onu da qeyd edək ki, Həsrət Paşayev 7555 Taksi Şirkətinin sahibidir.

“İctimaixeber.az”