Gömrük Komitəsinin tətbiq və portalında problem yaranıb

0
147

“Smart Customs” tətbiqində və e.customs.gov.az portalında problemlər yaranıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, yaxın saatlarda nasazlıq aradan qaldırılacaq:

“Hörmətli vətəndaşlar! “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb. Hazırda mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. Yaranan müvəqqəti çətinliyə görə üzr istəyirik”.