Fransada Yeni il gecəsi maşınlara od vuruldu – VİDEO

0
89

Fransanın Strasburq şəhərində asayişi pozan bir qrup şəxs Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.

Bildirilib ki, “Twitter”də yayılan kadrlarda küçədə bir neçə yanan maşın əks olunub.

Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardların partlayış səsləri eşidilib.

Nəticədə, bir neçə nəfər saxlanılıb.