Fransada Sarkoziyə qarşı istintaq başlanıb

0
33

Fransanın maliyyə prokurorluğu ölkənin keçmiş prezidenti Nikolya Sarkoziyə qarşı ilkin istintaqa başlayıb.

Eks-prezident Rusiya şirkətinin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətində ittiham olunur.

Belə ki, N.Sarkozinin həmtəsisçisi olduğu “Realyze” hüquq şirkəti 2019-cu ildə Rusiyanın “RESO-Qarantiya” sığorta şirkətilə ilə dəyəri 3 milyon avro olan müqavilə imzalayıb. Bundan bir qədər sonra, 2020-ci ilin əvvəllərində eks-prezidentin bank hesabına Rusiyadan 500 min avro pul köçürülüb. Prokurorluq bunun rüşvət, yoxsa qanuni ödəniş olduğunu araşdırır.

N.Sarkozi ölkə prokurorluğunun onun barəsində apardığı istintaqı biabırçılıq adlandırıb.