Fəxrəddin Cavadov əməlləri və böyük ürəyi ilə onu tanıyanların qəlbində daim yaşayır

0
431

Bu gün tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun vəfatından 12 il ötür.

Azərbaycan Respublikasının əməkdar həkimi, görkəmli mütəxəssis, tanınmış alim, Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun vəfatından 12 il ötsə də, onun xalq arasında olan hörməti və səmimi sevgisi bu gün də xüsusi bir səviyyədə qorunur.
Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük işlər görüb. Fəxrəddin Cavadovun rəhbərliyi dövründə Mərkəzi Neftçilər Xəstəxanasında kardinal dəyişikliklər baş vermiş, bu xəstəxana sahə müəssisəsi olmaqdan çıxaraq, ölkəmizdə və eləcə də regionda böyük şöhrət qazanmış, mühüm tibbi-elmi mərkəzə çevrilmişdir.

İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti,Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun Fəxrəddin Cavadovla bağlı xatirələrini oxuculara təqdim edirik:

” Fəxrəddin Cavadov Azərbaycan respublikasının səhiyyəsində müstəsna xidmətləri olan bir insandır.
Azərbaycan prezidentinin tapşırığına əsasən ilk dəfə bizim ölkəmizdə 2008-ci il dekabrın 12-də bütün məsuliyətləri öz üzərinə götürərək ölkə əhalisinin böyük əksəriyyətinin əziyyət çəkdiyi qara çiyər, böyrək və ürək çatışmazlığı ilə bağlı transplantasiya toxumalarının köçürülməsi nəticəsində, Heydər Əliyev fondunun maliyə vəsaiti ilə mən -Rasim Məmmədov həyata qayıtmışam. Çox gözəl xatirimdədir ki, sonuncu dəfə — 2 yanvar 2009-cu ildə, mən artıq 27 gündən sonra evə buraxılarkən ailəm və Sunay balamla onun yanına gedib öz təşəkkürümüzü bildirdik və ona Heydər Əliyevin böyük bir portretini hədiyyə etdik. Və biz ordan evə gəlib catanda Fəxrəddin Cavadov infakt keçirtdi.Həmin anda mən sürücünü geri qaytarıb Mərkəzi Neftçilər Xəstəxanasını renimasiya şöbəsinə- haradaki həyata qayıtmışdım – ora geri döndüm. Artıq orda Azərbaycanın ən tanınmış, nüfuzlu şəxsiyyətləri, böyük dövlət xadimləri toplanmışdı.Deyərdim ki, maraqlanmayan, gəlməyən insan yox idi. Hətta ölkənin 1-ci şəxsi də tez-tez maraqlanırdı. Çünki Fəxrəddin Cavadovun böyük insan olmasını, şərəfli, ləyaqətli, sədaqətli bir insan olmasını hər kəs bilirdi. Azərbaycan Səhiyyəsində böyük xidmətləri olmuşdu. Uzun müddət Azərbaycan Səhiyyəsinin nazir müavinini əvəz etmişdi. Mərkəzi Neftçilər Xəstəxanasının, Respublikada diaqnostika mərkəzlərinin tikilməsi bir başa Fəxrəddin Cavadovun təşəbbüsü, SOKAR-ın maliyə vəsaiti ilə həyata keçirilib və muasir tipli avadanlıqlarla təchiz edilib. Bir çox böyük dövlətlərdə analoqu olmayan əməliyyatlar – körpə usaq urək əməliyyatları, böyrək köcürülmələri, qara çiyər köcürülmələrinin hamısının Azərbaycan səhiyyəsində ilklərində Fəxrəddin Cavadovun adı var.
Ölkə başçısının çağırışına qoşularaq çox istəyərdim ki, Azırbaycanda qara çiyər çatışmazlığından əziyyət çəkənlər xaricə üz tutmasınlar, ölkəmizdə həyat kecirilsin. Fəxrəddin Cavadov da bütün məsuliyyəti öz üzərinə götürərək ölkə başçısının qarşısında öhdəlicilik götürmüşdü ki, qara çiyər əməliyatını Azərbaycanda edəcəyik, ilk dəfə donordan köçürüləcək. O da mənim qismətimdə oldu ki, mən əməliyyatdan sonra atrıq əməliyyat olunduğum əməliyatxananın qarşısında 9 yanvara qədər Fəxrəddin Cavadovun həkimlərin sayəsində geri qaytarılmasını gözləyim.
.Böyük Allah artıq onun yazısını yazmışdı. İlk dəfə olaraq ölkəyə gətirilən süni ürək də Fəxrəddin Cavadova kömək etmədi. Fəxrəddin süni ürəyi qəbul etmədi, ölümü secdi. Yaşamaq gözəldir, yaşatmaq da… Bu Fəxrəddin Cavadovun amalı idi.Unudulanlar unutmazlar heç vaxt… Çox dəyərli bir şəxsiyyət idi, çox dəyərli bir ailə başçısı idi. Gözəl həyat yoldaşı var, gözəl övladları var. Övladlarının biri dünya çempionudur, digəri dövlət qulluğunda calışır, xaricdə bizləri təmsil edir Azərbaycan iqtisadiyyatına və səhiyyəsinə xidmət edən Fəxrəddin Cavadov həyatda heç kəsə yox deməmişdi, onun qapısını acan insana ancaq və ancaq “baş üstə,” “kömək edərəm”, “calışaram,” “narahat olma”, “qorxma”, “yanındayam,” ” ürəkli ol” deyərdi. Hətta Fəxrəddin Cavadovun belə bir səmimiyyəti və sadəliyi ilə secilməsini bir fikirlə də ifadə etmək istəyirəm:Bir gün oğlu Gülmirzə Avstriyada Azərbaycan İqtisadiyyatının təmsilçiliyinin rəhbəri olanda ona zəng edib ki,” buradan bir nəfər yoldaş gəlir şəxsən sən özün çıxıb hava limanından qarşılamalısan.” Bu bir nəfər Mərkəzi Neftçilər Xəstəxanasının xadiməsi olmuşdur.Yaşı 68-70 olan bu qadını Gülmirzə hava limanında qarşılayanda və atasına “bu xanım kimdi,” sualını verəndə Fəxrəddin Cavadov demişdi ki, o gözəl bir insandır,bizim xəstəxanada xadimə işləyir, mən onun ora gələcəyini bilirdim, ona görə istədim ki, sən qarşılayıb, ona xidmət edəsən. Allah qarşısında böyük savab qazanasan. Yəni Fəxrəddin Cavadov üçün bir nömrəli amal- insanlıq, insanşünaslıq, mərhəmət, diqqət, qayğı, təmənnasız xidmət və qeyri şərtsiz insanlara insan kimi yanaşmaq idi.
Fəxrəddin Cavadovun ölümündə özümü çox böyük bir günahkar kimi saydım. Yəni məni həyata qaytardı, özü isə həyatdan getdi. Və qızım Sunay da onun ölümünə, ancaq qısa müddətdən sonra göründü ki, o, elə öz ölümünə də o şeiri yazmışdı:

Nurani bir insan yanına getdiyi gün
Cınar boylu vüqarlı mehriban bir insan idi
O böyük loğlman idi
Atamın həyatını bizə qaytarmışdı o
Ancaq nə biləydi ki, fələyin oyununu
Sən ölmədin behiştə köçdün
Özünə əbədi uca yer secdin

Bax bu hadisələr mənim
həyatımın 20 ilini geriyə atdı. Ancaq 12 il Fəxrəddin Cavadovun ölümündən keçir, hələ də mən yaşayıram və 8 il də Sunayın ölümündən keçir, yenə də böyük Allahın izni ilə yaşayıram Allah böyükdür, mən çox arzulayardım ki, Azərvaycanda C.Fəxrəddin amallı, C.Fəxrəddin əxlaqlı, C.Fəxrəddin ideyalı, Fəxrəddin Cavdovun baxışı olan həkimlərimiz və şəxsiyyətlərimiz yetişsin. Elə bunun üçün də bu cür insanları həmişə anmaq, onları yad etmək və geniş ictimaiyyətə təbliğ etmək lazımdır ki, gələcəkdə gənclərimiz, uşaqlarımız. Fəxrəddin Cavadova özünü oxşadaraq onun həyat amalı ilə yaşayan insanlar kimi yetişsin. Nəinkii Renbo, Roker, Polad Ələmdar və yaxud da digər obrazlarda, filimərdə gündəlik sosial mediada izlədiyimiz xoşa gəliməz reklamlar. Gəlin qədir bilən xalqımızın dəyərli, böyük şəxsiyyətlərini heç vaxt unutmayaq çünki bəzən bu şəxsiyyətləri üst təbəqə tanıyır, ancaq geniş ictimaiyyət bir o qədər də tanımır. Unutqanlıq faciədir. Gəlin heç vaxt hec nəyi,heç kimi unutmayaq .”