Ermənistan itkilərinin sayını açıqladı

0
63

Qarabağ müharibəsində 3 min 439 erməni hərbçi ölüb.Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Hazırda bizdə 3439 cəsəd var. Onlardan 766-nın identifikasiyası aparılmayıb. Həmçinin itkin düşənlər də var. Mən son rəqəmləri səsləndirmək istəmirəm. Lakin ölənlərin sayı 4 mindən çox olmayacaq”, – deyə Avinyan bildirib.

Qeyd edək ki, Ermənistan siyasətçiləri, eləcə də bu ölkənin mediası müharibədə ölən erməni hərbçilərinin sayının bu rəqəmdən dəfələrlə çox olduğunu qeyd edir.