Deputat ödədiyi cərimələrin əvəzini çıxmağa çalışır

0
100

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı əsassız iddialar hər bir vicdanlı Azərbaycan vətəndaşını narahat etməyə bilməz.


Ölkə əhalisinin rahatlığını təmin etmək istiqamətində BNA tərəfindən atılan mütəmadi addımlar şəhərimizin nəqliyyat infrastrukturunda əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur.
Bu kimi islahatları ölkənin hər hansı məlumatsız, diqqətsiz vətəndaşının görməməsi təəssüf doğursa da, bir çox yüksək vəzifə sahiblərinin, o cümlədən bəzi deputatların haqsız, zərərli mövqelərinin nəqliyyat sistemindəki əhəmiyyətli irəliləyişə kölgə salması ictimai narahatçılıq yaradır.
Vəsiqə göstərməklə qadağaların məsuliyyətindən qaçmağa çalışan bir çox yüksək səlahiyyət sahibləri artıq BNA-nin ciddi nəzarət sistemi şəraitində bu “imtiyazlardan” istifadə edə bilmirlər və bunun üçün də BNA-nin iş strukturuna ləkə yaxmağa çalışırlar.
Deputat Rüfət Quliyevin bu məsələ ilə bağlı son iddiaları da ilk deyil.
Mili Məclisin üzvü olan Rüfət Quliyevin BNA tərəfindən cərimələndiyi vaxtdan bəri, onun şəhərimizin nəqliyyat strukturu ilə bağlı əsassız iddiaları ictimaiyyətə, sosial media izləyicilərinə yaxşı məlumdur.
Hər bir işinin vaxtını, məqamını lazımınca bilən və həyata keçirən Bakı Nəqliyyat Agentliyinə dərs keçməyə çalışan deputat öz şəxsinə deyilən ittihamlara cavab verməyə, eyni zamanda ölkənin mövcud sosial-mənəvi durumunda pandemiyadan əziyyət çəkənlərə, qazilərimizə daha çox diqqət ayırmağa, Mili Məclisdə iqtisadi-siyasi məsələlərin həllində yetərli məsləhətlər, təkliflər verməyə də bir az artıq vaxt ayıra bilməzmi?
4 çağırışla Milli Məclisə deputat seçilən bir insan ölkə ictimaiyyəti qarşısında əsaslı fəaliyyəti və iqtisadi strategiyası ilə çıxış etmək əvəzinə nəqliyyat vasitələrinin şəhərdə yerləşdirilməsi üçün medialarda əsassız tövsiyələr verməsi nə dərəcədə düzgündür. Özü də yol hərəkəti qaydalarına riayət etməyən bir insan kimi.
Millət vəkili adına ləkə gətirməyə çalışan bir insan kimi Rüfət Quliyevin ictimaiyyət arasında yaratdığı mənfi emosiyalara son qoyulmalıdır.
İnanıram ki, əlaqədar rəsmi təşkilatların cavabı öz bəhrəsini verəcəkdir.

Şahmar Sədyarzadə
Sabitlik və İnkişaf Mərkəzinin İnformasiya və Kommunikasiya Texnologiyaları rəhbəri