Daha bir şəhidimiz dəfn edildi – FOTO

0
107

Azərbaycan Ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn zabiti ilə vida mərasimi keçirilib. 

Quba rayonu II Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib. 

R.Mikayılov doğulduğu II Nügədi kəndinin qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

Şəhidin vida mərasimindən fotoları təqdim edirik: