Daha bir iranlı futbolçu Azərbaycan klubu ilə anlaşdı

0
322

“Sumqayıt” klubu iranlı futbolçu Höccət Haqverdi ilə razılığa gəlib.

Bu barədə İranın Təsnim Xəbər Agentliyi məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisinin adı İranın “Persepolis” komandası ilə hallansa da, o hazırda Azərbaycan Premyer Liqasında dördüncü pillədə olan “Sumqayıt”la anlaşıb. Onun İranın “Paykan” klubu ilə müqaviləsi başa çatdığından, Sumqayıt təmsilçisinə keçidi transfer haqqı ödənilmədən həyata keçəcək.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəllər də İran transfer bazarına üstün tutub. Hazırda komandada İrandan Adəm Hemati və Azərbaycan millisində çıxış edən Əli Qurbani oynayır.