Çin bu ölkədən gələn vətəndaşları ərazisinə buraxmayacaq

0
141

Çin Kanadadan gələn bütün xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.

Bu barədə Torontodakı Çin konsulluğu məlumat verib.

Qadağa Çində yaşayış, iş icazəsi olan əcnəbilərə, şəxsi məsələlər və ailə qurmaq üçün ölkəyə daxil olmaq istəyənlərə şamil olunub. Çinə yalnız diplomatik pasportu və xidməti vizası olan əcnəbilər daxil ola biləcək.