Cəbrayıl polisi narkotacir qardaşları saxladı – FOTO

0
125

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb. Onların olduğu avtomobildən dörd kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Möhbəliyev sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılıblar.

Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən üç ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır.