Beynəlxalq Kosmik Stansiya “elf”lərin Yer atmosferindən çıxmasını çəkib – VİDEO

0
101

Beynəlxalq Kosmik Stansiyanın kameraları “elf” və “mavi cet”ləri çəkə bilib.

“Mavi cet ” fırtına buludlarından yuxarıya doğru atılan boru-konus şəklində göy rəngə çalan ildırımdır. Uzunluğu 40-70 kilometrə qədər olur.

“Elf”lər isə buludların səthində nəhəng konus formalı işıq saçan ildırımdır. Onların diametri təxminən dörd yüz kilometrdir. Bəzi alimlərin fikrincə, belə ildırım atmosferdəki istixana qazlarının miqdarına təsir edə bilər.

Qeyd edək ki, bu hadisələri səthdən müşahidə etmək mümkün deyil.