Bazardan meyvə və tərəvəz alanlar, DİQQƏT! – Koronavirusa yoluxma TƏHLÜKƏSİ

0
140

Bazarda satılan təzə tərəvəz və meyvələrin satıcılar tərəfindən lazımi gigiyena şərtlərinə diqqət yetirilərək təqdim olunması mühüm amildir. Bətəndaşlar bazardan paket halında aldığı meyvə və tərəvəzlərin koronavirus riskinə qarşı necə dezinfeksiya ediləcəyini bilkmək istəyirlər.

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həm şəxsi gigiyenanın, həm də ətraf mühitin təmizlənməsinin koronavirusa böyük təsir etdiyini bildirir. Gündəlik istehlak üçün bazarlardan aldığımız meyvə və tərəvəzlərin virusa qarşı yaxşı dezinfeksiya edilməsi olduqca vacibdir.

Meyvə və tərəvəzləri koronavirusuna qarşı dezinfeksiya etməyin yolları

Meyvə və tərəvəzləri kir, qum, həşərat və digər pestisidlərdən təmizləmək üçün bol su ilə yuyun. Su qidanın dezinfeksiya edilməsində böyük rol oynayır.

Qidaları sabun, şampun və s. kimi təmizləyici materiallar ilə dezinfeksiya etməyin. Unutmayın ki, sabun yalnız əllərinizi təmizləmək üçündür.

Qablaşdırılmış halda aldığınız məhsulların təmiz olduğunu düşünməyin. Onları da eyni qayda ilə yuyun.

Kənardan qida almağı bir müddət dayandırın. Mümkün olduqca, evinizdə öz nəzarətinizdə bişən yeməklərə üstünlük verin.

Meyvə və tərəvəzin üzərindəki kiri və torpağı təmiz yuyun. Torpaqda, ümumiyyətlə, çoxsaylı bakteriya, mikrob və virus var.

Göyərtinin təmizliyi

Böyük bir qabı su ilə doldurun və içərisinə göyərtiləri atın. Kahı, reyhan, yaşıl soğan və s. göyərtilər suda qaldıqdan sonra qabı boşaldıb yenidən su ilə doldurun. Bu dəfə su olan qaba bir neçə qaşıq sirkə əlavə edin. Göyərti 5 dəqiqə sirkəli suda qaldıqdan sonra süzgəcə qoyulmalıdır. Beləliklə, özünüzü təhlükədən qoruyarsınız.

Köklü tərəvəzlərin təmizlənməsi

Köklü tərəvəzlər torpaqda olduğuna görə olduqca çirkli və mikrobludur. Kartof, kərəviz, yerkökü və turp kimi tərəvəzləri koronavirus riskinə qarşı düzgün dezinfeksiya etmək üçün bol su ilə yuyun. Yuma prosesində bir fırça istifadə edərək, tərəvəzin üst hissəsini suyun altında fırçalayın.

Meyvə təmizlənməsi

Eynən tərəvəzlər kimi, bazardan aldığınız meyvələri də bol su ilə yuyun. Məsələn, almaları daha təmiz və gigiyenik etmək üçün suyun altına qoyun və əllərinizlə sürtün. Daha sonra təmizlənmiş və ya sterilizasiya olunmuş qaba qoyun. Yuduğunuz zaman əlcəklərdən istifadə edin.

Qidaları koronavirusdan necə qorumalı?

Çiy və yeyilməyə hazır qidaları ayrı-ayrı hissələrdə saxlayın.

Çiy əti soyuducudakı digər qidalara bakteriya ötürməməsi üçün ağzıbağlı qablarda saxlayın.

Çiy və yeyilməyə hazır qidalar üçün fərqli doğranma lövhələrindən istifadə edin.

Çiy qidalarda istifadə etdiyiniz bıçaqları və digər mətbəx əşyalarını bol su və qab şampunu ilə hərtərəfli dezinfeksiya edin.

Çiy ət və ya quş ətini suda yumayın. Bunun əvəzinə, zərərli bakteriyaları yox etmək üçün hərtərəfli bişirin və mətbəx avadanlıqlarınızı təmiz saxlayın.