Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

0
39

Azərbaycanda bank sektoru 2020-ci ili mənfəətlə başa vurub.

Bank sektoru ötən il 567,8 milyon manat xalis gəlir əldə edib. 2019-cu ilin yekun gəlirləri ilə müqayisədə banklar xalis gəlirlərin həcmini 5,7 faiz artırıb.

Belə ki, ötən il Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumi 1 milyard 920,5 milyon manat vəsait cəlb edib. O cümlədən, kreditlər üzrə faizlərdən 1 milyard 519,5 manat vəsait əldə edilib ki, bu vəsaitin həcmi isə əvvəlki ilin yekunları ilə müqayisədə 6,9 faiz artıb. Bankların xalis faiz gəlirlərinin həcmi isə 2019-cu ilin yekun nəticələrinə nəzərən 2,84 faiz artaraq 1 milyard 368,1 manat təşkil edib.

Bank sektorunun faiz və onlara bağlı xərclərinin həcmi 492,5 milyon manat təşkil edib ki, bu, 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 10,1 faiz azdır. 

Dövrün sonuna bank sektorunun qeyri-faiz gəlirlərinin həcmi 672,1 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 1 milyard 236,5 milyon manat təşkil edib.

Banklar bu dövrdə 803,7 milyon manat dəyərində əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin yekunlarına nisbətən 5,34 faiz azalıb.