Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı – RƏSMİ

0
51

Ümumdünya Karate Federasiyası (WKF) martda Bakıda keçirilməli olan karate üzrə Premyer Liqa turnirinin ləğv olunduğunu açıqlayıb.

WKF bundan başqa, 19-21 fevralda Portuqaliyanın paytaxtı Lissabonda keçirilməli olan ilin ilk Premyer Liqa yarışının təxirə salındığını açıqlayıb. Buna səbəb Portuqaliyada koronovirusun tüğyan etməsidir. Ləğv edilən yarış 30 aprel – 2 may tarixlərinə keçirilib.

12-14 martda Bakıda keçirilməli olan Premyer Liqa yarışı isə Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman Nazirliyi adından rəsmi WKF-ə məktub təqdim etməsindən sonra ləğv olunub. Həmin yarış Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həmçinin 7-11 mart tarixlərində karate hakimlərinin Bakıda keçirilməli olan kursu da eyni tarixdə İstanbulda baş tutacaq.