Bakıda yol polisi ilə hərbi həkim arasında münaqişə: “Əl-qol atsa da, mən ona cavab vermədim” – VİDEO

0
364

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu ilə Yol Patrul Xidmətinin əməkdaşı arasında münaqişə baş verib.

Bununla bağlı həkimin çəkdiyi müraciət videosu sosial şəbəkələrdə yayılıb.

Belə ki, Vətən Müharibəsi dövründə Hospitalda yaralı əsgərlərimizə fasiləsiz xidmət etdiyini bildirən Mahir Əliyev özünə qarşı yol polisi tərəfindən hörmətsizlik edildiyini, polis tərəfindən fiziki təcavüzə məruz qaldığını iddia edib.

O bildirib ki, polis nəfəri onu saxlayarkən kobudluğa yol verib, idarə etdiyi avotomobili əsassız olaraq cərimə meydançasına aparmaq istəyib, etirazla qarşılaşanda isə sürücüyə qarşı fiziki müdaxiləyə yol verib.

Sözügedən videonu təqdim edirik;