Bakıda beşmərtəbəli yaşayış binasında yanğın – YENİLƏNİB + VİDEO

0
150

Bakıda yaşayış binasındakı yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatlara görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

14:57

Bakıda yaşayış binasında yanğın baş verib.

Hadisə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında qeydə alınıb.

Yanğın Şərifzadə küçəsində yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Yanğının söndürülməsi, ev sahiblərinin təxliyə olunması istiqamətində işlər aparılır.