Bağçaların fəaliyyəti nə vaxt bərpa ediləcək?

0
277

“Bağçalar fevral ayının 15-ə qədər açılacağına ümid edirik”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.

O bildirib ki, bağçaların ilkin mərhələdə açılmamasının səbəbi yoluxma sayının həmin dövrə olan göstəricilərindən asılı idi:

“Biz də istəyirik ki, bağçalar fəaliyyətini bərpa etsin. Lakin bu Təhsil Nazirliyinin istəyi ilə həll olunmalı məsələ deyil. Ümid edirik ki, mövcud vəziyyətin qiymətləndirilməsi fonunda fevral ayının 15-ə qədər bağçaların açılması ilə bağlı qərar qəbul edilər”.