Azərbaycanda müşavirə yüksək vəzifə verildi -FOTO

0
100

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

Bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.