Azərbaycan ötən ili müsbət xarici ticarət saldosu ilə başa vurub

0
80

2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 471,3 milyon ABŞ dolları dəyərində olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 26,5 faiz azalıb.

Azərbaycan müvafiq dövr ərzində 13 milyard 740,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 30 faiz azalıb.

2020-ci ildə ölkəmiz 10 milyard 730,7 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu illə müqayisədə 21,5 faiz azdır.

Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 9,8 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu yaranıb.

Azərbaycanla ticarət əməkdaşlığında 183 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 45 min 462 olub, bundan 37 min 211-i fiziki şəxslər, 8 min 251-i hüquqi şəxslər təşkil edib. O cümlədən, hüquqi şəxslərin 267-i dövlət sektorunu, 7 min 983-ü özəl sektoru əhatə edib.