Avropada üçüncü peyvəndin icazəsi üçün müraciət edildi

0
318

Avropa Dərman Agentliyi (EMA) “AstraZeneca”nın koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatı üçün müraciətini qəbul edib.

“İzvestiya” bu barədə Avropa İttifaqının (Aİ) dərman tənzimləyicisinin mətbuat xidmətinə istinadən məlumat yayır.

“EMA “AstraZeneca”nın COVID-19 peyvəndi üçün şərti marketinq icazəsi müraciətini alıb”, – deyə məlumatda bildirilir.

Agentliyin dərmanı qiymətləndirmə prosedurunun sürətləndirilmiş rejimdə həyata keçiriləcəyi qeyd olunur.

Buna uyğun olaraq, Aİ ərazisində peyvəndin istifadəsinə dair icazə barədə nəticə 29 yanvar tarixinədək verilə bilər.

Xatırladaq ki, Avropada daha əvvəl “Pfizer”, “BioNTech” və “Moderna” şirkətlərinin hazırladıqları peyvəndlər istifadə icazəsi alıb.