“Atletiko”nun futbolçuları koronavirusa yoluxdu

0
50

İspaniyanın “Atletiko” klubunun futbolçuları Yannik Ferreyra-Karrasko və Mario Ermosun koronavirus testlərinin nəticəsi müsbət çıxıb.

Futbolçuların özlərini təcrid etdikləri qeyd olunur.

Qeyd edək ki, “Atletiko” 47 xalla İspaniya La Liqasının turnir cədvəlində liderdir. Komanda ikinci yerdə qərarlaşan “Real”ı yeddi xal qabaqlayır.

Dieqo Simeonenin yetirmələri bu gün səfərdə “Kadis”lə qarşılaşacaq.