23 yaşlı qəhrəman, şəhid leytenant Sənan Məmmədli – VİDEO

0
231

Vətənə xidmət, torpaq uğrunda canından keçmək və xalqı 30 illik arzusuna qovuşdurmaq amalı ilə yaşayıb şəhadətə qovuşan qəhrəmanlardan biri də 23 yaşlı şəhid leytenant Sənan Məmmədli olub.

O, uşaq yaşlarından torpaqları işğaldan azad etmək arzusu ilə yaşayıb.

Arzusunu gerçəkləşdirmək üçün hərb yolunu seçib.

Cəmi üç ay hərbi xidmətdə olan S.Məmmədli Füzuli-Cəbrayıl döyüşlərində şücaəti ilə seçilib. Oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb.

Valideyinləri onunla fəxr etdiklərini bildirirlər.